Banqladeşdə etiraz aksiyalarında 90 nəfər ölüb YENİLƏNİB – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Banqladeşdə etiraz aksiyalarında 90 nəfər ölüb YENİLƏNİB

Bakı, 4 avqust, AZƏRTAC

Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

AZƏRTAC “Le Matin” saytına istinadla xəbər verir ki, paytaxt Dəkkədə aksiyalar hökumət tərəfdarları və əleyhdarları kütləvi toqquşmalarla müşayiət olunub. Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.

Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.

Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyədək 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.

17:47

Banqladeşdə hökumət əleyhinə etirazlar növbəti dəfə toqquşmalara səbəb olub. Son saatlarda artıq 28 nəfər həlak olub, onlarla insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.

Qəzet daha əvvəl 13 nəfərin öldüyünü bildirmişdi.

Ayrı-seçkiliyə qarşı Tələbə Hərəkatının çağırdığı etiraz aksiyasının ilk günündə Dəkkə şəhərinin müxtəlif yerlərində və ölkənin digər bölgələrində şiddətli toqquşmalar baş verib. Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər.

Hakimiyyət komendant saatını sərtləşdirməyə qərar verib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top