G7 üzvləri Yaxın Şərq ölkələrini eskalasiyadan çəkinməyə çağırıblar
Vaşinqton, 4 avqust, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə Yaxın Şərqdəki vəziyyətin deeskalasiyası üçün təcili addımları müzakirə edib.
AZƏRTAC-ın məlumatına görə, xarici siyasət idarəsi rəhbərləri girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırlmasını təmin edən atəşkəsin əldə olunması üçün səyləri müzakirə ediblər. Onlar Qəzzada atəşkəsin regionda, o cümlədən Mavi Xətt (Livanı İsrail və Colan yüksəkliklərindən ayıran demarkasiya xətti) boyunca daha böyük sülh və stabilliyə yol açacağını bildiriblər. G7 ölkələri İsrailin təhlükəsizliyi ilə bağlı öhdəliklərini bir daha bəyan edib və tərəfləri münaqişənin eskalasiyasından maksimum çəkinməyə çağırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]