Paris Olimpiadasına akkreditasiya olunmuş media nümayəndələri ilə görüş keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Paris Olimpiadasına akkreditasiya olunmuş media nümayəndələri ilə görüş keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

“Paris-2024” Yay Olimpiya Oyunlarına Azərbaycandan akkreditasiya olunmuş media nümayəndələri və Olimpiadaya lisenziya qazanmış növlər üzrə federasiyaların mətbuat katibləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef de missionu Elnur Məmmədovun rəhbərliyi ilə baş tutan görüşdə idmançıların yarışda iştirakı üçün görülən işlər barədə məlumat verilib.

Olimpiada dövründə medianın fəaliyyəti, idmançıların hazırlığında psixoloji amillərin nəzərə alınması, komanda ruhunun yüksəldilməsi üçün atılmalı addımlar və digər vacib məqamlar müzakirə edilib. Eyni zamanda, federasiyaların mətbuat xidmətləri ilə media nümayəndələrinin ortaq fəaliyyəti üçün görüləcək işlər barədə söhbət açılıb.

Tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb və Parisə yollanacaq jurnalistlərə XXXIII Yay Olimpiya Oyunlarının akkreditasiyaları təqdim edilib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top