Fransada son 4 ilin ən kasad taxıl yığımı gözlənilir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Fransada son 4 ilin ən kasad taxıl yığımı gözlənilir

Bakı, 12 iyul, AZƏRTAC

Fransa fermerləri son illərin ən kasad yığımı ilə üzləşməli olacaqlar. Güclü yağışlar, qasırğa, günəşli günlərin azlığı, şiddətli istilər ilk növbədə buğda yığımına mənfi təsir göstərib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər ölkədə taxıl istehsalının orta illik göstəricilərlə müqayisədə 13-20 faiz azalacağını iddia edirlər.

Fransa Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, bu il yumşaq buğda istehsalı 15,4 faiz azalaraq 29,7 milyon tona enəcək ki, bu da 2020-ci ildən bəri ən aşağı göstərici deməkdir.

Buğda yığımının gözlənilən sahəsi 2023-cü ildəki 4,75 milyon hektarla müqayisədə 4,24 milyon hektardır.

Nazirliyin hesablamalarına görə, arpa istehsalı 8 faiz azalaraq 11,29 milyon tona, kanola istehsalı isə 7,7 faiz azalaraq 3,94 milyon tona enəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top