Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıdıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıdıb

Bakı, 10 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top