Səfir: Monteneqro Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan və Monteneqro dost və etibarlı tərəfdaş ölkələrdir. Ölkələrimiz bir çox məsələdə ortaq dəyərləri və fikirləri bölüşür. Monteneqro Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu iqamətgahı Ankarada yerləşən Monteneqronun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç ölkəsinin müstəqilliyinin 18-ci ildönümü münasibətilə Bakıda təşkil olunan tədbirdə deyib.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Monteneqronun Avropa İttifaqına üzvlüyü məsələsinə toxunaraq, bunun tezliklə reallaşacağından əminliyini bildirib.
Azərbaycan və Monteneqro arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən P. Kastratoviç vurğulayıb ki, cari ilin iyun ayında Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində Monteneqro-Azərbaycan biznes forumunun keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürüdür.
Ölkəsinin turizm imkanlarını diqqətə çatdıran səfir bu istiqamətdə əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, əməkdaşlığın intensivləşdirilməsi çox əhəmiyyətlidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]