Şolts Baydenin səhhəti ilə bağlı narahatlığının olmadığını bildirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şolts Baydenin səhhəti ilə bağlı narahatlığının olmadığını bildirib

Bakı, 9 iyul, AZƏRTAC

Almaniya Kansleri Olaf Şolts ABŞ Prezidenti Cozef Baydenin səhhəti ilə bağlı narahatlığının olmadığını bildirib.

AZƏRTAC xəbər verir ki, Şolts bu barədə NATO sammitində iştirak etmək üçün Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə deyib.

“Yox. Belə bir narahatlığım yoxdur… Bundan başqa, Amerika Prezidenti ilə çox söhbətlər etmişəm və bilirəm ki, o, bizimlə birlikdə bu sammitə çox yaxşı və çox diqqətlə hazırlaşıb”, – deyə Olaf Solts qeyd edib. Almaniya hökumətinin başçısı NATO-nun yubiley sammitinin çox uğurlu olacağına ümid etdiyini də vurğulayıb.

NATO-nun zirvə görüşü iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Bu il təşkilat 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümünü qeyd edir. Sammit zamanı alyansın Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığının genişləndirilməsinə dair ilk sənədin imzalanacağı gözlənilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top