Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunur – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunur

Bakı, 9 iyul, AZƏRTAC

Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə iyulun 22-dək müraciət etmək olar. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top