Kir Starmer Baş nazir olaraq ilk səfərini Şotlandiyaya edib
London, 7 iyul, AZƏRTAC
Britaniyanın yeni seçilmiş Baş naziri Kir Starmer vəzifəsinə başladıqdan sonra ilk səfərini Şotlandiyaya edib.
AZƏRTAC xəbər verir ki, o, bu gün Şotlandiya Leyboristlər Partiyasının lideri Anas Sarvarla görüşüb. Kir Starmer daha sonra Şotlandiyanın birinci naziri Con Svinni ilə danışıqlar aparacaq.
Baş nazir hökumətin təyin edilməsindən 48 saat sonra Şotlandiyada olmağın şərəf və imtiyaz olduğunu deyib. O bildirib ki, 2019-ci ildəki seçkilərdə Şotlandiya üzrə Leyboristlər Partiyasından bir deputat seçilsə də, son seçkilərdə bu say 37 olub. Kir Starmer bu “tarixi nəticə”nin Leyboristlərə dəyişiklik üçün real mandat verdiyini deyib.
Qeyd edək ki, Kir Starmer Şotlandiya səfərindən sonra Birləşmiş Krallığın digər ölkələri olan Şimali İrlandiya və Uelsə də səfər edəcək.
Aytən Abbaslı
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]