Ekoloq: Gürcüstanın əksər bölgələri təbii fəlakət riski altındadır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ekoloq: Gürcüstanın əksər bölgələri təbii fəlakət riski altındadır

Tbilisi, 7 iyul, AZƏRTAC

“Bu gün Gürcüstanın demək olar ki, əksər regionları bu və ya digər dərəcədə hansısa təbii fəlakət riski altındadır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Gürcüstan Yaşıllar Hərəkatı – Yer kürəsinin Dostları” təşkilatının sədri Nino Çxobadze Gürcüstanda qlobal iqlim dəyişikliyi ilə bağlı məsələni şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, son 10 ildə aparılan araşdırmalar və statistik məlumatlar onu göstərir ki, Gürcüstanda yüksək temperatur qeydə alınıb. Son vaxtlar ekstremal temperaturların müddəti də artıb. Bunun da əsas səbəblərindən biri qlobal iqlim dəyişikliyidir.

“Buxarlanma daha da güclənir və bu da hava çatışmazlığına səbəb olur. Bu cür hallar, xüsusən də soyutma problemli tikinti bumu olan yerlərdə daha çox baş verir” – deyə, Çxobadze vurğulayıb.

Onun sözlərinə görə, bu yaxınlarda Kaxeti bölgəsində gözlənilmədən qasırğa baş verib. Belə havaya bölgədə heç vaxt rast gəlinməyib.

“Bu cür təbiət hadisələri və ya təbii fəlakətlər daha çox hansı regionlarda gözlənir”? sualına cavabında ekoloq deyib: “Bununla bağlı hər hansı bir regionu xüsusi qeyd etmək olmaz. Ona görə ki, bu cür hadisələr bütün Gürcüstan ərazisində baş verir. Məsələn, bu baxımdan ən təhlükəsiz hesab edilən Kaxetidə qasırğa qeydə alınıb. İndiyə qədər biz Qara dəniz bölgələrinə daha çox diqqət yetirirdik, amma indi onları ayırd etmək olmur. Ona görə də qeyd edirəm ki, Gürcüstanın bütün regionları müəyyən təbii fəlakət riski altındadır”.

 

Xətayi Əzizov

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top