Bəzi rayonlarda leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bəzi rayonlarda leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top