Bura yaşlı insanların əsl yeridir: Niderlandda yaşlılara necə qayğı göstərilir? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bura yaşlı insanların əsl yeridir: Niderlandda yaşlılara necə qayğı göstərilir?

Bakı, 7 iyul, AZƏRTAC

Niderland dünyanın ən yaxşı qocalara qulluq sistemlərindən birinə malikdir, lakin bu xidmət ucuz başa gəlmir. Burada bir çox sənaye ölkələri ilə müqayisədə yaşlılara daha çox pul sərf edilir.

AZƏRTAC xəbər verir ki, “Euronews”da dərc olunan məqalədə Niderlandda yaşlılara qulluq sistemi haqqında məlumat verilib.

2020-ci ilə nisbətən yaşlı insanların sayının 2040-cı ilə qədər iki dəfə artacağı gözlənilir. Son 18 il ərzində görülən işlər nəticəsində yaşlı insanlara həyatlarının qalan hissəsini necə və harada keçirəcəklərini seçmək imkanı yaradaraq, ölkədə xərcləri üçdə bir qədər azaltmağa nail ola biliblər.

“Niderlandda evdə qulluq xidmətlərinin ən böyük təminatçılarından biri “Buurtzorg” (“qonşuluq xidməti” ifadəsinin abreviaturası) qrupudur. Qrup 2007-ci ildə yaradılıb və bu gün minlərlə insan bu sxem üzrə işləyir”, – deyə məqalədə qeyd olunur.

“Bizim səkkiz tibb bacısından ibarət kiçik komandamız var. Sadəcə yaşlılara qulluq ilə kömək etmirik, ünsiyyət qururuq, özünüidarə sayəsində isə xərclər azdır”, – deyə “Buurtzorg” baxıcılarından biri Leone deyir.

Hesablanıb ki, menecerləri olmayan belə effektiv mini komandalar 30 faiz ucuzdur, ona görə də bu konsepsiya başqa ölkələrdə də istifadə olunur.

Niderlandda qulluq sisteminin uğurunun başqa bir sirri şəbəkələşmədir. Helmond şəhərində həyata keçirilən təşəbbüs olduqca sadədir: yaşlı, lakin sağlam sakinlər yoldaşlarına və ya əsas xidmətlərə ehtiyacı olan zəif qonşularına kömək edirlər. Şəhər sözün həqiqi mənasında sıx könüllü yardım qrupları şəbəkəsi ilə əhatə olunub. Bələdiyyələr və sığorta şirkətləri bu ideyanın büdcə və sosial xidmətlərə yükü azaldacağını bilərək dəstəkləyirlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top