“Titanik”ə görə “Oskar” mükafatı qazanan prodüser Con Landau vəfat edib
Bakı, 7 iyul, AZƏRTAC
“Titanik” filmindəki işinə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarını qazanan prodüser Con Landau 64 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, onun ölüm səbəbi xərçəng xəstəliyi olub.
Landau 1960-cı ildə Nyu-Yorkda anadan olub və Cənubi Kaliforniya Universitetinin Kinematik Sənətlər Məktəbində təhsil alıb. O, 1997-ci ildə çəkilmiş “Titanik” filmində rejissor Ceyms Kemeronla əməkdaşlığı sayəsində tarixə düşüb – film qlobal kassada 1 milyard dollar qazanan ilk ekran əsəri olub. Bundan sonra Landau 2009-cu ildə “Avatar” və 2022-ci ildə “Avatar: Suyun Yolu” filmlərinə rejissorluq edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]