Qubada “Mercedes” traktor qoşqusu ilə toqquşub, yaralananlar var VİDEO
Quba, 6 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Əliməmmədoba kəndi ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı “QAZ 53” markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn “Mercedes Vito” ilə toqquşub. Qəza zamanı “Mercedes”də olan iki nəfər xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]