Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB
Bakı, 6 iyul, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə iyulun 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə MSK-nın 2024-cü il 29 iyun və 2 iyul tarixli iclas protokolları təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.
MSK-nın iclası media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]