“Mən, Lalə, bir də Şerlok Holms” adlı serialın çəkilişləri davam edir
Bakı, 6 iyul, AZƏRTAC
İctimai Televiziyanın layihəsi olan “Mən, Lalə, bir də Şerlok Holms” adlı 12 bölümlük serialın çəkilişləri davam edir.
AZƏRTAC xəbər verir ki, yeni ekran əsərinin ssenaristləri Tural Sevdimalı və Vüqar Hüseynov, quruluşçu rejissoru isə Rüfət Şahbazovdur.
Ailəvi komediya və fantastika janrında çəkilən serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik bu obraz hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanı xəyalında canlanaraq ona gündəlik çətinliklərini həll etməyə kömək edir.
Ekran işi biliklərin insanın həyatında xilasedici rolundan danışır, qohumcanlığa, dostpərvərliyə səsləyir. Hər kəsin şirin xatirələrində olan uşaqlıq illəri və macəra arzusunu canlandırır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]