Azərbaycan Prezidentinin Türkiyə yığmasına dəstəyi qardaş ölkə mediasının diqqət mərkəzində olub
Ankara, 6 iyul, AZƏRTAC
Türkiyənin aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Türkiyə milli yığmasına qələbə arzu etməsi ilə bağlı sosial şəbəkədə paylaşımına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, “TRT Haber” telekanalı Azərbaycanın dövlət başçısının “X” sosial şəbəkəsində paylaşımı haqqında xəbəri “Əliyev Türkiyənin milli yığma komandasını dəstəklədi. Yaşasın Türk dünyası!” sərlövhəsi altında təqdim edib.
“Haber Global” telekanalında isə Prezident İlham Əliyevin paylaşımı barədə xəbər “Azərbaycan Prezidenti İlham Əliyev Merih Demirala dəstəyini ifadə edib” başlığı ilə yayımlanıb. Telekanal Azərbaycanın dövlət başçısının sosial şəbəkədə yazdığı sözlərə istinad edib.
“TGRT Haber” telekanalı da Prezident İlham Əliyevin Türkiyənin futbol üzrə Avropa çempionatında iştirakı ilə bağlı paylaşımı haqqında öz tamaşaçılarına məlumat verib. “Azərbaycan Prezidenti İlham Əliyev milli yığma komandamızı dəstəklədi” sərlövhəli xəbərdə qeyd edilir ki, qardaş ölkənin lideri Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Türkiyə futbolçularına uğurlar arzu edib.
“Yeni Şafak” qəzeti isə Prezident İlham Əliyevin sosial şəbəkədə paylaşımını “Prezident İlham Əliyev UEFA-nın qərarını qətiyyətlə pislədi, Merihə verilən cəzanı ədalətsiz adlandırdı. Yaşasın Türk dünyası!” başlığı altında təqdim edib.
“Anadolu” informasiya agentliyi bu xəbəri öz abunəçiləri ilə “Azərbaycan Prezidenti Əliyev UEFA-nın Merih Demiral ilə bağlı qərarını pislədi” sərlövhəsi ilə paylaşıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]