Kiyevə raket hücumu olub, xəsarət alanlar var
Kiyev, 1 iyul, AZƏRTAC
Kiyevdə Obolon rayonuna Rusiyaya məxsus raketin qalıqlarının düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Viralio Kliçko məlumat verib.
Raket qalıqları Obolon bölgəsində çoxmərtəbəli binaya ziyan vurub. Kliçko bildirib ki, zədələnmiş evdən 10 sakin təxliyə edilib.
“Hazırda beş zərərçəkən həkimə müraciət edib, onların hamısı stressə qarşı kəskin reaksiya ilə xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə yardım göstərilir”, – deyə Kliçko əlavə edib.
Qeyd edək ki, iyunun 30-da axşam saatlarında Kiyev və şimal rayonlarında hava hücumu xəbərdarlığı elan edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Kiyevə doğru uçmaq ehtimalı olan qanadlı raketlə bağlı xəbərdarlıq edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]