Qızıl medal qazanan taekvondoçu: Azərbaycana yüksək nəticə ilə qayıdacağıma inanırdım – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qızıl medal qazanan taekvondoçu: Azərbaycana yüksək nəticə ilə qayıdacağıma inanırdım

Yakutsk, 28 iyun, Leyla Muradzadə, AZƏRTAC

“Azərbaycana yüksək nəticə ilə qayıdacağıma inanırdım”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Elcan Əliyev deyib.

O, yarışa çox ciddi hazırlaşdığını bildirib: “Asiya ölkələrindən olan rəqiblər çox güclü idi. Döyüşlər çox gərgin oldu, lakin mən qalib gələ bildim. Buna görə çox sevincliyəm”.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top