Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir
Bakı, 28 iyun, AZƏRTAC
Britaniyalı alimlərin müəyyən etdiyi kimi, süni intellekt adi tələbələrdən heç də pis imtahan verə bilmir.
AZƏRTAC BBC-nin dərc etdiyi məqaləyə istinadla xəbər verir ki, Ridinq Universitetinin tədqiqatçıları aparıcı süni intellekt proqramlarından biri olan ChatGPT botundan istifadə edərək 33 “tələbə” yaradıb və onları universitetin bakalavr pilləsi üzrə psixologiya imtahanlarına göndəriblər.
Araşdırmanın nəticələrinə görə, saxta “tələbələrin” nəticələri real həmyaşıdlarından orta hesabla yarım bal yüksək olub. Süni intellektin yazdığı esseləri isə real insanlar tərəfindən yazılanlardan ayırmaq demək olar ki, mümkün deyil: onların 94 faizi müəllimlərdə şübhə yaratmayıb.
Alimlər eksperimentin nəticələrini “Plus One” jurnalında dərc olunan məqalədə paylaşıblar. Orada xüsusi qeyd olunur ki, onlar 6 faiz göstəricisini həddindən artıq şişirdilmiş hesab edirlər: reallıqda, onların fikrincə, süni intellektdən istifadə etməklə hazırlanan işlərin daha kiçik faizini müəyyən etmək mümkün olacaq.
Tədqiqatda birinci, ikinci və üçüncü kurs modulları üçün AI tərəfindən doldurulmuş imtahan cavabları və esselər sıravi tələbələrin nəticələri ilə birlikdə təqdim edilib, lakin onların müəllifi göstərilməyib.
Maraqlıdır ki, saxta “birinci və ikinci kurs tələbələri”nin nəticələri real göstəriciləri üstələyib, üçüncü kurs imtahanlarında isə adi tələbələr daha yüksək nəticə göstəriblər. Tədqiqatçıların fikrincə, bu, süni intellektin hazırda daha mücərrəd düşünmə ilə mübarizə apardığı anlayışına uyğundur.
BBC bildirir ki, bu, indiyədək aparılan ən böyük və ən güclü tədqiqatdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]