Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib
Bakı, 28 iyun, AZƏRTAC
ABŞ Aerokosmik Agentliyi NASA “Space X” şirkətinə Beynəlxalq Kosmik Stansiyanı (BKS) Yer atmosferinə gətirə biləcək texnika hazırlamağı sifariş verib.
AZƏRTAC xəbər verir ki, müqavilənin qiyməti 843 milyon dollardır. Məhvetmə prosesi 2030-cu ildən sonraya nəzərdə tutulub.
NASA əvvəllər də bildirib ki, BKS məhv edilmək üçün Yerə yaxın məsafəyə gətirilərək okeana batırılacaq. 430 tonluq stansiyanın Yerə gətirilməsi çox güclü mühərrikə malik qurğu tələb edir. Missiya elə həyata keçirilməlidir ki, stansiya və ya onun qalıqları heç kimə zərər yetirməsin.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]