İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun Elmi şurasının iyunun 27-də keçirilən növbəti iclasında elmi müəssisənin 2024-cü ilin I yarısı üzrə hesabatı dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru vəzifəsini icra edən Afaq Ramazanova çıxışında bu il institutun qeyri-maddi mədəni irsin toplanması, nəşri və tədqiqi, eləcə də elmi təşkilatçılıq, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər sahələrdə uğurlar əldə etdiyini bildirib.
İnstitutun hesabatı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, xarici əlaqələr, elmi tədbirlər, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, AMEA-nın müvafiq qərarlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib.
Qeyd olunub ki, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar Afaq Ramazanovanın “Folklordan görünən Şuşa” seriyasından ikinci kitabı çapa hazırlanıb.
Hesabat dövründə institutun təşkilatçılığı ilə beynəlxalq, respublika elmi konfransları, elmi seminar, dəyirmi masa və təqdimat mərasimləri keçirilib.
Folklor İnstitutunun əməkdaşları Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Moldova, İsveçrə və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış ediblər.
2024-cü ilin I yarısında elmi müəssisədə “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 68 iş əsasında tədqiqatlar aparılıb. Bu il 53 tədqiqat işi tamamlanacaq.
Hesabat dinlənildikdən sonra Şura üzvlərindən professorlar Seyfəddin Rzasoy, Ramazan Qafarlı və Əfzələddin Əsgər rəhbərlik etdikləri şöbələrdə görüləcək işlər barədə məlumat veriblər.
İclasda iştirak edən AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı Folklor İnstitutunun hesabatını yüksək dəyərləndirib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]