Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik
Bakı, 27 iyun, AZƏRTAC
Aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) innovasiya festivalının açılışında deyib.
“Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir. Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır”, – deyən nazir vurğulayıb ki, bunun üçün uğurlu başlanğıc edilməlidir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]