Saatlıda narkokuryerlər saxlanılıb
Bakı, 27 iyun, AZƏRTAC
Saatlıda iki narkokuryer saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]