Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb
Bakı, 25 iyun, AZƏRTAC
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, D qrupunda Fransa millisi Polşa ilə 1:1 hesablı heç-heçə edib. Matçda hər iki qol penaltidən vurulub. Fransalıların heyətində 56-cı dəqiqədə Kilian Mbappe, polşalılardan isə 79-cu dəqiqədə Robert Levandovski fərqlənib.
Bu qrupun digər görüşündə isə Avstriya yığması Niderlandı sınağa çəkib. 5 qolun vurulduğu matçda avstriyalılar gözlənilməz qələbə qazanıblar.
Beləliklə, Avstriya millisi (6 xal) qrup lideri, Fransa seçməsi (5 xal) ikinci yerin sahibi, Niderland yığması (4 xal) isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala adlayıb. 1 xalı olan Polşa millisi isə qrupda qalıb.
Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya və İtaliya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]