“Sabah” klubu sabiq futbolçusunu transfer edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Sabah” klubu sabiq futbolçusunu transfer edib

Bakı, 25 iyun, AZƏRTAC

Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.

Mikels daha öncə – 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışıb, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı təmsilçisinə azad agent kimi qoşulub.

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Coy-Lens Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudur.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top