İndoneziya məlumat mərkəzinə kiberhücum olub
Bakı, 25 iyun, AZƏRTAC
Kibercinayətkarlar İndoneziyanın milli məlumat emalı mərkəzinin şifrəsini qıraraq 8 milyon dollar tələb ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Antara” dövlət informasiya agentliyi ölkənin rabitə naziri Budi Ari Setiadiyə istinadla məlumat yayıb.
Bildirilir ki, avtomatlaşdırılmış maşınların işləməyə davam etməsinə baxmayaraq, hücum ötən həftə hava limanlarında bəzi dövlət xidmətlərinin işini pozub.
Nazir bildirib ki, cinayətkarlar “Lock Bit 3.0” adlı mövcud zərərli proqramın yeni versiyasından istifadə ediblər.
Şifrələyici “LockBit” kompüter sistemlərinə girişi bloklayan və məlumatların bərpası üçün istifadəçidən pul tələb edən zərərli proqram təminatıdır. O avtomatik olaraq uyğun qurbanı tapır, şəbəkəyə yayılır və yoluxmuş cihazlardakı bütün məlumatları şifrələyir. Şifrələyici böyük müəssisələrə və digər təşkilatlara qarşı məqsədyönlü hücumlarda istifadə olunur. Cinayətkarlar bu öz-özünə idarə olunan zərərli proqram təminatından istifadə edərək, bütün dünyada şirkətlərə hücum edərək zərər verirlər. Hücumun qurbanı müqavimət göstərərsə, hakerlər məxfi məlumatları sızdırmaqla və ya silməklə hədələyirlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]