Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Vaşinqton, 25 iyun, AZƏRTAC
ABŞ-nin müdafiə katibi Lloyd Ostin Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün israilli həmkarı Yoav Qallantla görüşəcək.
AZƏRTAC-ın Müdafiə Departamentinə istinadən verdiyi məlumata görə, görüş Vaşinqtonda baş tutacaq.
Görüşdə İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat, regionda humanitar addımlar və Livanda “Hizbullah”la bağlı gərginlik müzakirə ediləcək.
Yoav Qallant sonuncu dəfə bu ilin martında Vaşinqtonda olub.
Məlahət Nəcəfova
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]