“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” doqquzuncu dəfə “Avropanın ən yaxşı aviaşirkəti” adına layiq görülüb.

AZƏRTAC bu barədə türk aviaşirkətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.

Qərar avianəqliyyat xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsində ixtisaslaşan “Skytrax” beynəlxalq təşkilat tərəfindən qəbul edilib. “Skytrax” mükafatlarının qaliblərinin elan edilməsi mərasimi Londonda keçirilib.

Məlumata əsasən, türk aviaşirkəti “Dünyada ən yaxşı biznes-sinif yemək xidmətləri” və “Cənubi Avropanın ən yaxşı aviaşirkəti” nominasiyalarında da mükafata layiq görülüb.

“Turkish Airlines” şirkətinin baş direktoru Bilal Ekşi “Skytrax”ın qərarını Türkiyənin aparıcı aviadaşıyıcısının bütün personalının gərgin komanda işinin nəticəsi adlandırıb.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top