“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Bakı, 24 iyun, AZƏRTAC

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Tural Bayramlını transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top