Mərkəzi Elmi Kitabxana könüllüləri fəaliyyətə cəlb etmək üçün müsabiqə keçirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mərkəzi Elmi Kitabxana könüllüləri fəaliyyətə cəlb etmək üçün müsabiqə keçirir

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edir.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edəcəklər.

Mərkəzi Elmi Kitabxana intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə malik olan 18-35 yaş arası gəncləri müsabiqəyə qoşulmağa dəvət edir.

“MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatı kitabxananın saytından əldə etmək olar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top