Ötən il Londonda silahlı cinayətlərin sayı artıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

London, 24 iyun, AZƏRTAC

Ötən il Londonda silahlı cinayətlərin sayı 20 faizə yaxın artıb.

AZƏRTAC Britaniyanın Teleqraf nəşrinə istinadla xəbər verir ki, 2022-ci ildə Londonda 1009 silahlı cinayət qeydə alınmışdısa, ötən il bu göstərici 19,7 faiz artaraq 1208-ə yüksəlib. Bu, ölkə üzrə olan 8,8 faiz artımdan iki dəfə çoxdur.

Böyük Britaniyada ağır və mütəşəkkil cinayətlərin qarşısının alınması ilə məşğul olan Milli Cinayət Agentliyi (NCA) silahların mövcudluğunun aradan qaldırılmasının milli prioritet olduğunu açıqlayıb. Bildirilib ki, cinayətkar şəbəkələr odlu silahları nəqliyyat vasitələrinin içərisində gizlədilmiş şəkildə Avropadan gətirir və bu yolla silahlar kriminal dəstələrin əlinə keçir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top