Polşada “Azərbaycan və Polşanın 100 illik münasibətləri” mövzusunda tədbir keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Polşanın Kielce şəhərində yerləşən Mədəni Dialoq Muzeyində (“Muzeum Dialogu Kultur”) “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir baş tutub.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Polşa icmalarının nümayəndələri iştirak ediblər.
Tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Şərqi Avropa Araşdırmaları Mərkəzinin professor assistenti Şəhla Kazımova tədbirdə təqdimatla çıxış ediblər. Onlar iki ölkə arasında əlaqələrin tarixindən, münasibətlərin mövcud vəziyyətindən danışıblar. Tədbir iştirakçıları iki ölkə arasında ötən yüzilliklərdəki tarixi əlaqələr, Polşada müxtəlif sahələrdə xidmətləri olan məşhur azərbaycanlılar, həmçinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən polşalılar haqqında məlumatlandırılıb.
Sonda “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası və Mədəni Dialoq Muzeyi arasında əməkdaşlığa dair protokol imzalanıb.
Protokola əsasən, muzeydə bir il ərzində mütəmadi olaraq Azərbaycanın mədəniyyətinə və tarixinə dair sərgi, həmçinin polyak dilində Azərbaycanın tarixi haqqında kitablar nümayiş etdiriləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]