Borrel: Aİ Macarıstanın Rusiyanın aktivləri hesabına silah alışına veto qoymasından yan keçəcək mexanizm yaradıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Borrel: Aİ Macarıstanın Rusiyanın aktivləri hesabına silah alışına veto qoymasından yan keçəcək mexanizm yaradıb

Bakı, 24 iyun, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasından yan keçəcək mexanizm hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel bildirib.

Onun sözlərinə görə, vetodan yan keçmə mexanizmi hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək olacaq.

Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top