Balakəndə minik maşını TIR-la toqquşub, ölən var
Balakən, 21 iyun, AZƏRTAC
Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.
Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.
Nəticədə Kənan Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb ediliblər.
Meyit çıxarılaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]