Böyük Britaniyanın dövlət borcu 63 ildə ən yüksək səviyyəyə çatıb
London, 21 iyun, AZƏRTAC
Seçkilər ərəfəsində Böyük Britaniyanın dövlət borcu 1961-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin yaydığı məlumatda deyilir. Bildirilib ki, dövlət nəzarətində olan banklar istisna olmaqla, xalis borc may ayında 2,742 trilyon funt sterlinqə (3,47 trilyon dollar) çatıb. Borc ümumi daxili məhsulun 99,8 faizinə çatıb ki, bu da bir il əvvəlki 96,1 faizdən yuxarıdır.
Bildirilib ki, Böyük Britaniyada dövlət borcu COVID-19 pandemiyası zamanı kəskin artıb. Həmin vaxt dövlət maliyyəsi yavaş iqtisadi artım və İngiltərə Bankının faiz dərəcələrinin 16 il ərzində ən yüksək səviyyəyə yüksəlməsi ilə də zərbə altına düşüb.
Eyni dövrdə digər Qərb ölkələrində də borcun kəskin artımı müşahidə olunub. Böyük Britaniyanın borc səviyyəsi ABŞ, Fransa və İtaliyadakı rəqəmlərdən aşağıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]