Rəis müavini: Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb
Bakı, 21 iyun, AZƏRTAC
2023-cü ilin iyunun 2-də keçirilən rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin dördüncü müşavirəsindən keçən müddət ərzində respublikada qeyri-neft özəl bölməsində təxminən 7,8 faizlik artım qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı deyib.
İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib. Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.
İ.Vəliyev rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]