Şimali Koreya əsgərləri yenidən demarkasiya xəttini keçməyə cəhd ediblər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şimali Koreya əsgərləri yenidən demarkasiya xəttini keçməyə cəhd ediblər

Pekin, 21 iyun, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərləri yenidən iki Koreya arasında faktiki sərhəd olan hərbi demarkasiya xəttini keçməyə cəhd ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla xəbər yayıb. Bildirilir ki, hadisə iyunun 20-də saat 11:00 radələrində baş verib. Demilitarizasiya zonasında mühəndis-istehkam və tikinti işləri aparan Şimali Koreya əsgərləri qısa müddətə demarkasiya xəttini keçiblər. Cənubi Koreya əsgərlərinin xəbərdarlıq atəşindən sonra geri qayıdıblar. Bu, iyun ayında Şimali Koreya əsgərlərini 3-cü dəfə demarkasiya xəttinin cənub tərəfinə keçməsidir. Oxşar hadisələr iyunun 9-da və 18-də də baş verib.

Qeyd edək ki, Cənubi Koreya tərəfi KXDR-in apreldən bəri sərhəddə xeyli canlı qüvvə topladığını, yeni yollar çəkdiyini, mühəndis-istehkam işlərinə başladığını, hətta əraziyə minalar basdırdığını açıqlayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top