Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib

Bakı, 21 iyun, AZƏRTAC

Almaniyada təşkil olunan Avropa çempionatında daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, B qrupunda turnirin favoritlərindən hesab olunan İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 6-ya çatdıran İspaniya millisi 1/8 finala vəsiqə qazanıb. 3 xalı olan İtaliya seçməsi isə ikincidir.

Qeyd edək ki, bu qrupun əvvəlki oyununda Xorvatiya və Albaniya yığmaları məhsuldar heç-heçə ediblər – 2:2. Hərəyə 1 xalı olan komandalar 3-4-cü yerləri bölüşdürür.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top