Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub
Pekin, 18 iyun, AZƏRTAC
Çin və Cənubi Koreyanın xarici siyasət və müdafiə qurumlarının səlahiyyətli şəxslərinin 2+2 formatında Seulda görüşü olub.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinə Cənubi Koreya tərəfdən xarici işlər nazirinin müavini Kim Honq-kyun, Çin tərəfdən isə həmkarı Sun Veydon rəhbərlik edib. Cənubi Koreya Müdafiə Nazirliyinin beynəlxalq siyasət departamentinin baş direktoru Li Sunq-bom və Çin Mərkəzi Hərbi Şurasının beynəlxalq hərbi əməkdaşlıq ofisinin direktor müavini Can Baoçunun da iştirak etdiyi görüş iki ölkənin münasibətlərini sabitləşdirmək cəhdləri çərçivəsində baş tutub. Cənubi Koreya XİN-in görüşdən əvvəlki açıqlamasında deyilir ki, 2+2 formatındakı görüşdə ikitərəfli münasibətlər, Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Diqqətçəkən məqam odur ki, Seul-Pekin təhlükəsizlik və diplomatiya dialoqu Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri ilə eyni vaxta təsadüf edir.
“Bu formatda dialoqun aparılması Pxenyanın Pekin və Moskva ilə üçtərəfli blok yaratmaq cəhdlərini Çinin dəstəkləməyəcəyinə dair Şimali Koreyaya mesajdır”- deyə Hankuk Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Kanq Cun-younq bildirib.
Şərhçilər hesab edir ki, Seul 2+2 formatındakı dialoqla Çini Şimali Koreya məsələsində daha konstruktiv rol oynamağa çağırır.
Qeyd edək ki, 2+2 formatındakı dialoqun təşkili barədə razılıq Cənubi Koreya Prezidenti Yun Sok Yolun Çinin Baş naziri Li Çian ilə mayda keçirilmiş görüşündə əldə olunub.
Şahin Cəfərov
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]