Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb

Bakı, 18 iyun, AZƏRTAC

Hacıqabulda fermalardan oğurluq edən dəstə saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top