Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türkiyə müdafiə sənayesinin yenilikləri Avropanın ən böyük silah sərgisində təqdim olunub

Ankara, 17 iyun, AZƏRTAC

Türkiyənin aparıcı müdafiə şirkətlərinin istehsal nümunələri iyunun 17-də Paris ətrafında açılan “Eurosatory 2024” Avropanın ən böyük silah və hərbi texnika sərgisində nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 60-dan çox ölkəsindən yüzlərlə şirkət iştirak edir, “Eurosatory 2024” platformasına dörd gün ərzində dünyanın 96 ölkəsindən 250-yə yaxın nümayəndə heyəti ziyarət etməyi planlaşdırır.

Sərgidə Türkiyənin ən böyük stendlərindən biri “Roketsan” şirkətinin pavilyonu olub. Pavilyonda MAM-C, MAM-L IIR və MAM-T IIR mini qanadlı raketləri, OMTAS kompleksləri, UMTAS-GM raketləri, SUNGUR və HİSAR-O hava hücumundan müdafiə sistemləri, müxtəlif mənzilli raketlər daxil olmaqla onlarca məhsul haqqında məlumat təqdim edilib.

“Roketsan”ın baş direktoru Murat İkinci jurnalistlərlə söhbətində bildirib ki, türk mühəndislərinin yaratdıqları nümunələr NATO standartlarına uyğundur. “Ölkəmizdə istehsal olunan bir çox silah növünə xaricdə yüksək tələbat var. Bu cür sərgilər imkanlarımızı dünyaya təqdim etmək üçün gözəl fürsətdir”, – deyə Murat İkinci vurğulayıb.

 

Ramin Abdullayev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top