Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb

Kiyev, 15 iyun, AZƏRTAC

Ukraynaya repatriasiya tədbirlərinin nəticələri üzrə daha 254 müdafiəçinin meyitləri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Hərbi əsirlər üzrə Koordinasiya qərargahı yayıb.

Meyitlərin qaytarılması Hərbi əsirlər üzrə Koordinasiya qərargahı, Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi, İtkin Düşmüş Şəxslərin Müvəkkili ilə Ukrayna Təhlükəsizlik Xidməti yanında Birgə Mərkəz, Ukrayna Hərbi Qüvvələri mülki-hərbi əməkdaşlığı, güc strukturları və beynəlxalq təşkilatlar tərəfindən birgə həyata keçirilib.

Ukrayna Silahlı Qüvvələri qaytarılmış meyitləri və qalıqları müəyyən edilmiş dövlət idarələrinə daşıyacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top