Fransada seçkilər: İfrat sağçılar öndə, Makron partiyası üçüncüdür
Paris, 14 iyun, AZƏRTAC
Fransada Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların qələbəsi və Milli Assambleyasnın buraxılması ölkədə dərin xaos yaradıb. Seçicilərin əksəriyyəti Prezident Emmanuel Makronu istəmədikləri üçün ifrat sağçılara səs verdiyini bildirir. Ölkədəki müxtəlif sosial sorğu institutları növbədənkənar parlament seçkilərində kimin qələbə qazanması ilə bağlı müntəzəm olaraq sorğular keçirirlər.
AZƏRTAC xəbər verir ki, “Opinionway” institutunun apardığı sorğunun nəticələrinə görə, növbədənkənar parlament seçkilərində ifrat sağçılar – Milli Birlik partiyası öndədir. İkinci yerdə solçuların birləşərək yaratdıqları yeni “Xalq cəbhəsi” partiyası, ondan sonra isə Makron partiyası qərarlaşır.
İyunun 30-da keçiriləcək parlament seçkilərinin birinci turunda Milli Birlik partiyasının lider olacağı sorğular vasitəsilə təsdiqlənib. Hesablamalara görə, ifrat sağçılar səslərin 32 faizini əldə edəcəklər. Yeni “Xalq cəbhəsi” partiyasının 25 faiz səs toplayacağı gözlənilir. Makron partiyası isə 19 faizlə üçüncüdür. Prezidentin partiyasına səs verənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olanlardır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]