Bu il baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 27 uşağa xidmət göstərilib
Bakı, 14 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 27 uşağa xidmət göstərilib. Onlardan 17-si oğlan, 10-u qızdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində həmin uşaqların sosial işçi tərəfindən ilkin qiymətləndirilməsi aparılıb.
Nəticəsinə əsasən hər bir uşaqla bağlı fərdi qayğı planı hazırlanaraq həmin plan əsasında onlar üçün sosial reabilitasiyası işləri aparılır. Uşaqların bioloji ailələrinə reinteqrasiya olunması, yaxud övladlığa götürülməsi və ya himayədar ailəyə verilməsi sahəsində də tədbirlər görülür.
Şöbədə hazırda 17 uşaq dövlət qayğısı ilə əhatə olunur. Onlardan 11-i oğlan 6-sı qızdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]