Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidadan xəstələnir
Bakı, 14 iyun, AZƏRTAC
Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Françesko Branka deyib.
F.Branka 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib. O, qida yoluxucu xəstəliklərin yüzdə qırxının 5 yaşdan kiçik uşaqlarda görüldüyünü söyləyib. Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən F.Branca təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb: “Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Qida yalnız təhlükəsiz olduqda ehtiyacları ödəyə bilər”.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]