Rusiyada ölkəyə gəliş zamanı viza almaq imkanının yaradılması təklif edilir
Bakı, 14 iyun, AZƏRTAC
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bəzi ölkələr üçün vizaların ölkəyə gəliş zamanı verilməsi və birtərəfli qaydada ləğv edilməsi imkanının tətbiq edilməsini təklif edir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiyada keçirilən “Səyahət et!” turizm forumu çərçivəsində bəyan edib.
“Dediklərimin hamısını yekunlaşdıraraq, digər idarələrdəki həmkarlarımıza konkret təkliflərlə müraciət edirik. Rusiyada ölkəyə gəliş zamanı viza almaq mexanizmini həyata keçirmək imkanını nəzərdən keçirin. Bu, artıq bir çox ölkələrdə tətbiq olunub. Bu, hər kəs üçün yox, bizim üçün əsas sayılan ayrı-ayrı ölkələr üçün edilməlidir”, – o deyib.
Onun sözlərinə görə, ən vacib və prinsipial qərarlardan biri də viza tələblərinin birtərəfli sadələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması olmalıdır.
Məlumata əsasən, nazirlik habelə Rusiyaya vizaların qüvvədə olma müddətinin və qiymətinin dəyişdirilməsini təklif edir.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]