Şirvanda ocaq qalayan şəxs yanıq xəsarətləri alıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Şirvanda ocaq qalayan şəxs yanıq xəsarətləri alıb

Şirvan, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top