“Açıq dərs – Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması təşkil olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Açıq dərs – Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması təşkil olunub

Bakı, 13 iyun, AZƏRTAC

“Açıq dərs – Açıq fikir” layihəsi çərçivəsində M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “İnsanlara hürriyyət, millətə istiqlal” adlı bilik yarışması keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bilik yarışmasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnoligiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Natiq Məmmədzadə və Mübariz Ağalarlı, elmi işçi Lamiə Sultanova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova münsif qismində iştirak ediblər.

Çıxış edənlər gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökə, ata-babaların ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıblar.

Səkkizinci sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə birinci yer üzrə qalib müəyyənləşdirilib. Tədbirin bədii hissəsində məktəb şagirdləri müxtəlif tarixi şəxsiyyətlərin obrazlarını canlandırıb, həmçinin hər bir obraz haqqında müvafiq məlumatları əks etdirən kitab sərgisi nümayiş olunub. Onlar “İncəbellim” və “Çırpınırdı Qara dəniz” əsərlərini məharətlə ifa ediblər.

Sonda Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qalib olan məktəblini diplom və hədiyyə ilə təltif edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top