ARKA kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb.
AZƏRTAC xəbər verir ki, gənc və istedadli kinodramaturqlarin, kinorejissorların, operatorların, aktyorların üzə çıxarılması, onların fəaliyyəti üçün hərtərəfli imkanların yaradılmasi istiqamətində möhtəşəm işə başlanılıb. Belə ki, ARKA və “TƏDRİS-FİLM” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı uçun kifayət qədər vəsait ayrılıb.
Ümid etmək olar ki, “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə bilməyən adam”, “Çağrılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” kimi layihələrin istehsala buraxılması ilə istedadli tələbələrlə ARKA arasında bünövrəsi qoyulan bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.
Böyü çətinliklərdən sonra nəhayət ki, heç zaman Azərbaycan kinosunun tarixində olmayan bir işə imza atılıb. ARKA 12 gəncin ilk filmini maliyyələşdirməklə onların sənətlə bağlı arzularının möhkəm bünövrə üzərində qurulmasına vəsilə olub. Bu ənənə hər il davam edəcək, yəni hər il diplom işlərini ARKA maliyyələşdirəcək.
Bu mənada azərbaycanlı tələbələrin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında “Bir vaxtlar Sabunçuda”, “Lənt” filmlərinin mükafata layiq görülməsi təsadüfi deyil, Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.
Gənclərə dəstək təkcə maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası təsis edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]